17 yanvar 2021 10:22
672

Fransadan kiçik qızlara da hicab qadağası

Fransada 18 yaşdan kiçik qızların hicab geyinməsi qadağan edilə bilər.

“İki sahil” İHA-ya istinadən xəbər verir ki, bu barədə "Respublika prinsiplərinin gücləndirilməsi" haqqında qanun layihəsinə təklif edilən dəyişiklikdə qeyd edilib.

Qanun layihəsinə iki dəyişiklik təklif edilin ki, onlardan biri 18 yaşınadək şəxslərin hər hansı dini simvolu ictimai məkanda geyinməsini qadağan etməyi, digəri isə 18 yaşınadək şəxslərin kişilərlə müqayisədə qadınların alçaldılmasına səbəb olacaq hər hansı bir geyim və ya paltar geyinməsini qadağan etməyi ehtiva edir.