21 mart 2020 20:52
1910

Gürcüstan Prezidenti ölkədə fövqəladə vəziyyət elan edilməsi barədə sənəd imzalayıb

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkədə aprelin 21-dək fövqəladə vəziyyətin elan edilməsi barədə sənəd imzalayıb.

Dövlət başçısının imzaladığı sənəd təsdiq edilmək üçün ölkə parlamentinə təqdim olunub.

Gürcüstan parlamenti sənədi müzakirə etmək üçün bu gün xüsusi iclas keçirəcək.