13 noyabr 2019 13:28
667

Gürcüstanda yeni Təhsil naziri təyin olunub

Gürcüstanın Baş Naziri Giorgi Qaxaria özünün müşaviri Mixeil Çxenkelini ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman naziri təyin edib.

M.Çxenkeli 2017-2018-ci illərdə Gürcüstanın Təhsil və Elm naziri işləyib. Onu 2018-ci ildə əvəz edən Mixeil Batiaşvili cari il noyabrın 7-də vəzifəsindən istefa verib.