HABER TÜRK saytı 28 May - Respublika Günü münasibətilə ölkəmizin Ankaradakı səfiri Xəzər İbrahimin geniş müsahibəsini yayıb.
Tanınmış jurnalist, professor Kürşad Zorlu tərəfindən hazırlanan müsahibənin girişində ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” ifadəsi xatırlanır və türkdilli oxuculara Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, dünya birliyi tərəfindən tanınması, Qafqaz İslam ordusunun tarixi missiyası, həmçinin 1991-ci ildə dövlət müstəqilliyimizin bərpası prosesi, Prezident İlham Əliyevin Sərəncamına əsasən 2018-ci ilin respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan olması və digər mühüm məsələlərlə bağlı məlumat verilir.
Müsahibədə COVID-19 infeksiyasına qarşı Azərbaycanda aparılan sistemli mübarizə, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü əsasında Türkiyədə çalışan azərbaycanlı həkim-mütəxəssislərin infeksiya ilə bağlı ölkəmizə getməsi, Azərbaycan-Türkiyə münasibətləri, türk dünyasının həmrəyliyinin əhəmiyyəti, ölkəmizdə həyata keçirilən uğurlu islahatların inkişafa təsiri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti ilə bağlı mühüm məqamlara toxunulub. //AZƏRTAC
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB