25 noyabr 2020 15:34
1436

Hadisə koronavirusa yoluxdu

Türkiyənin pop ulduzu Hadisə koronavirusa yoluxub.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Qeyd olunub ki, bir müddət əvvəl sənətçinin səhhətində nasazlıq yaranıb və o, xəstəxanaya müraciət edib.

“COVID-19” testi etdirən ifaçının nəticələri pozitiv çıxıb.

Sevgilisi Kaan Yıldırımla yaşayan ifaçı başqa evə köçərək özünü karantinə alıb. Onun müalicəsi ev şəraitində aparılır.