27 yanvar 2021 21:58
1194

İkimərtəbəli ev yanıb

Abşeron rayonunun Hökməli qəsəbəsində ümumi sahəsi 140 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 15 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, yüksək temperaturdan 1 ədəd kondisioner qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.