Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
01 oktyabr 2020 23:41
456

İran telekanalı Superkubok matçını niyə yayımlamadı?

Almaniya Super Kuboku uğrunda "Bavariya" və Dortmund "Borussiya"sı arasında keçirilmiş oyun İranda yayımlanmayıb.

"İki sahil" "Report"a istinadən xəbər verir ki, matçın baş hakimi qadın olduğu üçün dövlət televiziyası canlı yayımı ləğv edib.

Qarşılaşma Münhen klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, oyunu Bibiana Ştaynxaus idarə edib. Bu, 41 yaşlı ədalət təmsilçisinin karyerasında son matç olub. Ştaynxaus Almaniyada kişilər arasında peşəkar komandaların oyunlarını və Superkubok matçını idarə etmiş ilk referi kimi tarixə düşüb.