23 noyabr 2020 15:04
504

Kəlbəcərdə qondarma “erməni tarixi”ni hazırlayan müəssisə tapıldı VİDEO

Türkiyənin “A Haber” kanalı işğaldan azad edilən Kəlbəcərdə saxta erməni tarixini sübut edən videomaterial təqdim edib.

“İki sahil” xəbər verir ki, xəbər proqramında yayımlanan süjetdə Azərbaycan Ordusu tərəfindən “tarixi abidə” hazırlayan müəssisənin aşkar olunduğu qeyd olunub. 

Vurğulanıb ki, müəssisədə ustalar daşları bəzəyir, üzərinə xaçlar oyur və tarixi əsər adını qazandırmaq üçün sirkədə saxlayırlar. Daha sonra torpağa basdırılan “abidə”lər arxeoloqlar tərəfindən aşkarlanır və ictimaiyyətə ərazinin ermənilərə məxsus olduğunu deyirlər.