25 noyabr 2020 15:48
671

Konte: Real"ı məğlub etməliyik, başqa variant yoxdur 

"İnter"in baş məşqçisi Antonio Konte Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Real"la oyun öncəsi fikirlərini bildirib.

"İki sahil" UEFA-nın saytına istinadən xəbər verir ki, o, bu görüşdə qalib gəlməli olduqlarını deyib:

"Bu matçda qələbə qazanmalıyıq, yaxşı nəticə göstərməliyik. Başqa variant və ya həll yolu yoxdur. Üç qarşılaşma qalıb. Qrupdan çıxmaq üçün ən azı yeddi xal toplamalıyıq. Fikrimcə, göstərdiyimiz nəticələrdən daha çoxuna layiqik. Nələr edə biləcəyimizi düşünməliyik".

Qeyd edək ki, "İnter" - "Real" görüşü bu gün Bakı vaxtı ilə 24:00-da başlayacaq. Hazırda B qrupunda "Real" 4 xalla 3-cü, "İnter" 2 xalla 4-cüdür.