27 oktyabr 2020 11:12
497

Koronavirusa yoluxanların sayı 80 mini ötdü - Ermənistanda

Ermənistanda son sutka ərzində 1600 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

"İki sahil" xəbər verir ki, ölkədə COVID-19 virusuna yoluxanların ümumi sayı 80 410 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə daha 26 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 1222-yə yüksəlib. Hazırda 27 027 aktiv koronavirus xəstəsi var.