23 yanvar 2021 19:15
783

Larri Kinq vəfat edib

Məşhur amerikalı telejurnalisti Larri Kinq vəfat edib.

"İki sahil" xəbər verir ki, bu barədə televiziya jurnalistinin rəsmi “Twitter” hesabında deyilir.

Qeyd olunur ki, Larri Kinq bu gün səhər saatlarında 87 yaşında vəfat edib.

Xatırladaq ki, yanvarın 2-də CNN Larri Kinqın koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirildiyini bildirmişdi.