18 oktyabr 2019 21:04
1208

Lənkəranda Dövlət Müstəqilliyi Günü ilə əlaqədar fləşmob keçirilib

Oktyabrın 18-də Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi, Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin adını daşıyan Xatirə Parkında Dövlət Müstəqilliyi Günü münasibətilə “Müstəqilliyimiz əbədidir, sarsılmazdır və dönməzdir!” adlı fləşmob keçirilib. Fləşmoba 1500-ə yaxın gənc qatılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gənclər dövlət müstəqilliyinə aid şüarlarla və dövlət bayraqları ilə meydana daxil olaraq, milli rəqs nömrələri ilə çıxış ediblər.

Daha sonra Azərbaycan Respublikasının xəritəsi və ümummilli lider Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir” kəlamı canlandırılıb.