Məşhur rusiyalı müğənni Lev Leşenko koronovirusa yoluxub
Rusiyanın Xalq artisti Lev Leşenkoda koronavirus aşkar edilib.
AZƏRTAC xəbər verir ki, müğənni Moskva vilayətindəki Kommunarka qəsəbəsində ixtisaslaşdırılmış xəstəxanaya pnevmoniya diaqnozu ilə daxil olub. Xəstəxananın baş həkimi 78 yaşlı Lev Leşenkoda COVID-19 diaqnozunun aşkar edildiyini bildirib.
L.Leşenko xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti sabitdir. Müğənni müalicəsini xəstəxanada davam etdirir.
Qeyd edək ki, Rusiyada 840 nəfərdə koronavirus aşkar edilib.
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Neft bumu hamıya gülümsəyir” festivalının açılışı olub
Dünyaşöhrətli skripkaçı: Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində son dərəcə maraqlı tamaşalar izlədim
Azərbaycan nümayəndə heyəti Daşkənddə keçirilən beynəlxalq konqresdə iştirak edir