30 iyun 2020 14:06
403

Levandovski yenə də birincidir  

İngiltərənin Goal.com saytı "Qızıl top"a namizədlərin yeni reytinqini təqdim edib.

“İki sahil” xəbər verir ki, "Bavariya"nın hücumçusu Robert Levandovski ilk pillədəki mövqeyini qoruyub. Kriştiano Ronaldo ("Yuventus") 2 pillə irəliləyərək 2-ci pilləyə yüksəlib. Kevin De Brüyne ("Mançester Siti") 3-cü pilləyə düşüb.

"Barselona"nın hücumçusu Lionel Messi isə ilk "3-lük"dən kənarda qalıb Goal.com-un versiyasına görə, "Qızıl top"a namizədlərin yeni "TOP-10"u

1. Robert Levandovski ("Bavariya", 1)

2.  Kriştianu Ronaldo ("Yuventus",4)

3. Kevin de Brüyne ("Mançester Siti", 2)

4. Lionel Messi ("Barselona", 3)

5. Tomas Müller ("Bavariya", 5)

6. Kərim Benzema ("Real", 8)

7. Neymar (PSJ, 6)

8.  Erlinq Holand ("Borussiya", 7)

9. Kilian Mbappe (PSJ, 9)

10. Ceydon Sanço ("Borussiya", 10)