14 yanvar 2020 12:17
801

Maneələr böyük uğurlara maneə deyil...

Yetərli imkanlara sahib olsaq da, xəyallarımızı həyata keçirmək üçün həmişə bəhanələr tapmağa meyil edirik. Ancaq bütün imkanları sınayan, mövcud şəraiti öz xeyrinə çevirən və müvəffəqiyyəti amala çevirən insanlar da çoxdur. Bəzi maneələrlə həyata gələn və bir çox ciddi qəzalarla üzləşmələrinə baxmayaraq  bu çətin şərtlərin onları dayandırmasına icazə verməyən və öz sahələrində uğura addımlarla qalxmaqla bağlı bir çox ruhlandırıcı hekayə eşidə bilərsiniz.Bu hekayələr  insan üçün həqiqətən təsiredici və ruhlandırıcıdır. Bu yazıda sizi ruhlandırmaq və təşviq etmək üçün, əngəllərə baxmayaraq uğur qazanmış bəzi məşhurların hekayəsini  sizə təqdim edirik.

Ludviq van Bethoven

Bütün dövrlərin ən məşhur bəstəkarı və pianoçusu hesab olunan Bethoven  Almaniyanın Bonn şəhərində kasıb bir ailədə anadan olub. Atası spirtli içki aludəçisi olan Beethoven  atasının təzyiqi ilə pul qazanmaq üçün kilsədə fortepiano çalmağa başlayır. 1792-ci ildə Vyanaya gedən və klassik musiqinin məşhur adı olan Cozef Haydnla birlikdə işləyən Bethoven  Haydnın köməyi ilə musiqi istedadını kəşf edir. 1801-ci ildə məşhur bəstəkar eşitmə itkisi yaşamağa başlayır, lakin illər keçdikcə eşitmə qabiliyyətini tamamilə itirməsinə baxmayaraq, bu hadisə musiqi karyerasına heç təsir etmir. Dünyaca məşhur əsərlərindən biri olan “9-cu simfoniya”nı bəstələyən ərəfədə o ,artıq tamamilə eşitmirdi.

Əşrəf Armağan

Ankarada yaşayan və görmə qüsuru olan Əşrəf Armağan tam 41 ildir rəsm əsərləri çəkir. Amerikada və Avropada bir neçə sərgisi keçirilmiş Armağanın keçmiş prezident Klintonun portretini də çəkdiyini görsəniz  təəccüblənə bilərsiniz. Meneceri Coan Eroncel ilə getdiyi bir çox ölkələrdə tanınan Armağan’ın bu istedadı  Harvard Universitetində araşdırıldığı və görə bilmədiyi halda necə rəngləyə biləcəyi elmi araşdırmalar mövzusu oldu.Toxunuşları ilə görən,daha düzgün desək hiss edən  Armağan Əşrəf Türkiyənin yetişdirdiyi və beynəlxalq sahədə onları qürurlandıran ən böyük istedadlardan biridir.

Cim Abbott

1967-ci ildə sağ əli olmadan anadan olan Jim Abbott  10 yaşında böyük sevgiylə bağlandığı beysbol karyerasına başladı. Gənc yaşına baxmayaraq, Abbott dövlət turnirlərində dörddəbir finala yüksəldi və 1986-cı il Olimpiadasında ölkəsinə qızıl medal qazandırdı. Kaliforniya Angels, Chicago White və Nyu- York Yankees-də oynayan Abbott beysbol karyerasına son qoyub, menecer olmağa qərar verdi. Hələ Amerikanın ən populyar beysbol oyunçularından biri olan Abbottun bu sahədə uğurları sərhəd tanımır.

Stefen Havkinq

Tanınmış alim Stefen Havkinq 1942-ci ildə anadan olub.ALS xəstəliyinə düçar olan alim xəstəliyini müalicə edə bilməsə də, xəstəliyə baxmayaraq çox əhəmiyyətli elmi işlərə imza atmışdır. Həkimlərin təşxisi nəticəsində sadəcə bir neçə il yaşayacağını dedikləri halda ,illərlə yaşamaq üçün mübarizə aparan Havkinq yüzlərlə elmi işlərə imza atıb, maneələri aşaraq bu gün ən vacib astrofiziklərdən birinə çevrildi.

Erik Veilhenmayer

13 yaşında tamamilə gözlərini itirən Erik Veilhenmayer müəllim və güləş üzrə məşqçi kimi fəaliyyətlə yaşayırdı. Görmə qabiliyyətini itirməsinə baxmayaraq, hətta bu peşələr də öz uğurlarıyla təəccübləndirən Erik 2001-ci ildə yeddi qitənin ən yüksək zirvəsi olan Everestə qalxdı. Beynəlxalq aləmdəki ən uğurlu idmançılardan biri olan Veilhenmayer, çoxsaylı mükafatlar qazanaraq  “Dünyanın zirvəsinə toxun” adlı kitabında sərgüzəştlərini toplayaraq  pərəstişkarlarına çatdırdı.

Samirə İsmayılova, “İki sahil”