“İki sahil” Regnum.ru – ya istinadən xəbər verir ki, Azərbaycan Moskvada keçirilən danışıqlardan (11 yanvar) uğur əldə etdi.
Baş nazir Nikol Paşinyan tərəfindən təmsil olunan Ermənistan isə heç bir şey əldə edə bilmədi. “Çiçəklənən Ermənistan” müxalifət fraksiyasından millət vəkili Arman Abovyan 12 yanvarda jurnalistlərə açıqlamasında bildirdi. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Valdimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Moskvada keçirilən görüşü şərh edən A. Abovyan bunları söylədi: “Məğlub olan ölkənin lideri heç bir məsələni həll edə bilmədi”. Azərbaycan iqtisadi planlarını həyata keçirdi, Ermənistan üçün isə bunun heç bir perspektivi yoxdur”.
Könül Əliyev, “İki sahil”