07 iyul 2020 12:05
1740

Məşhur aktrisa tanınmaz halda -  FOTO

Türkiyəli məşhur aktrisa Yeşim Ceren Bozoğlu mədə kiçiltmə əməliyyatı sayəsində arıqlayaraq, tamamilə dəyişib.

"İki sahil" xəbər verir ki, 2016-cı ildə 110 kiloqram çəkisi olan aktrisa mədə kiçiltmə əməliyyatından 2 il sonra 50 kiloqram arıqlayıb.

45 yaşlı aktrisa ötən gün "İnstagram" hesabında qırmızı libasda çəkdirdiyi fotosunu İnstagram hesabında yayımlayıb. Yeşim Ceren Bozoğlunu tanımaqda çətinlik çəkən izləyicilər onun fotoşop etdiyini iddia ediblər. O, daha sonra eyni libasla  "Məni fotoşopda ittiham edənlərə gəlsin" başlığı altında fərqli fotosunu yayımlayıb.