16 yanvar 2019 15:52
1038

Məşhur müğənni hicaba keçdi: “Qadın səsi günahdır” VİDEO

Bir dövrün məşhur müğənnisi Gülər İşık iştirak etdiyi verilişdə həyatı haqqında maraqlı açıqlamalar verib.

“Ölkə.Az” xəbər verir ki, müğənni hicaba keçib və mahnı oxumaqdan imtina edib.

“Hicaba keçdikdən sonra dinimizi öyrəndim. Qadın səsi günah olduğu üçün mahnı oxumuram 3-4 ildir ki, musiqini buraxmışam”.

Döş xərçənginə qalib gələn Gülər bu xəstəlikdən əziyyət çəkənlərə də şəf diləyib:

“Allah bu xəstəlikdən əziyyət çəkənlərə şəfa versin. Saçım, kirpiyim, qaşım tökülürdü. Mənə pis təsir etdi. Yuxuda qolumun altından 3 böcəklə hər şeyin çıxdığını gördüm. Ümrə ziyarətindən sonra əməliyyat olunmalı idim. Xəstəxanaya getdim və həkim qolumun altındakı limfalara baxdı. Əməliyyatdan sonra yoxladı və “hər şeyin tərtəmiz, əlasan” dedi. Beləcə, xərçəngə qalib gəldim”.

Sənətçi sənət dünyasının boş və saxta olduğunu da bildirib: “Əvvəllər dostluq etdiyim heç kəs məni axtarmır. Allah onlara hidayət versin”.