03 iyun 2020 17:06
439

Meyvəni qabıqlı şəkildə yemək daha faydalıdır

Limon, portağal, alma və kartofu qabığı ilə yemək yaxşıdır. Meyvə və tərəvəzlərin qabıq hissəsi onun ləti ilə müqayisədə daha çox lif və vitamin ehtiva edir. Məsələn, badımcan qabığı hüceyrələrin məhv olmasına və iltihablanmasına mane olan güclü antioksidantdır. Qabaq (kabaçok) qabığı antioksidant təsiri olan C vitamini və xlorofillə zəngindir. “İki sahil” AZƏRTAC-a istinadən xəbər verir ki, rusiyalı proktoloq-onkoloq Yelena Smirnova bu sözləri “MedikForum” saytına müsahibəsində deyib. Onun fikrincə, çoxlu miqdarda C vitamini, lif və antioksidant ehtiva edən sitrus meyvələrinin qabığını yemək çox faydalıdır. Proktoloq-onkoloq xiyar və almanı qabığı ilə yeməyi də məsləhət görür. Brokkolinin tərkibindəki antioksidantlar isə stressin və göz hüceyrələrinin zədələnməsinin qarşısını alır. Həkim qeyd edib ki, kartofu qabığı ilə birlikdə yedikdə bədən daha çox C vitamini və liflə təmin olunur. Lakin yaşıl kartof qabığı ilə qidalandıqda onun tərkibində zəhərli solanin birləşməsi də ola bilər. Rusiyalı həkim mövsümi meyvə və tərəvəzləri də qabıqlı şəkildə yeməyi məsləhət görüb.