30 iyul 2020 12:59
3899

Nə şanslıyam ki, səni sevmişəm - FOTO

Tez-tez ayrılıq xəbərləri ilə gündəmə gələn müğənni Kənan Doğulu və aktrisa Beren Saatın evliliyindən 6 il keçir.

"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük bunla bağlı sosial şəbəkədə paylaşım edib. Saat birlikdə şəkillərini yayımlayaraq, həyat yoldaşını təbrik edib. Kənan və Beren uzun müddətdir aralarında olan mübahisələri bitirdiklərini vurğulayıblar.

Az keçmədən Kənan da Berenlə fotosunu yayımlayaraq, yaşadıqları illəri belə xatırlayıb: "İllər tez axıb keçdi, bir yaşımız daha tamam oldu. Dözərək böyüyən sevgim və hörmətim xoşbəxtliyimə rəhbər, işıq oldu. Hər keçən gün daha yaxşı tanımaq və sarılmaq, hər ağırlığı birlikdə aşmaq, yalnızlıqdan uzaq, bir o qədər güvənmək nə gözəl bir duyğudur. Nə şanslıyam ki, səni görmüşəm, bilmişəm və sevmişəm. Dünyama qatdığın gözəlliklər, sevildiyimi hiss etmək, hər an üçün verdiyin ilhamverici kəlimələr, notlara tökdüyüm mahnılarım sənin üçündür. Okean qəlbli sevgilim, ildönümümüz mübarək."