17 oktyabr 2019 19:00
945

Neft Daşlarının 70 illik yubileyinə hazırlıq görülür

“Azneft” İstehsalat Birliyindən bildirilib ki, birliyin Baş direktoru Daşqın İskəndərovun rəhbərliyi ilə işçi heyət Neft Daşlarına səfər edib. Neft Daşlarının 70 illik yubileyinə hazırlıqla əlaqədar görülməsi nəzərdə tutulan işlərin icrasına nəzarət məqsədilə bir sıra obyektlərə baxış keçirilib. İşçi heyətə məlumat verilib ki, helikopter meydançasının təmiri, gözləmə zalının yeni layihə əsasında tikintisi, həmçinin 2A saylı Qaz Kompressor Stansiyasında su nasosxanasının tikintisi başa çatdırılıb.

Bununla yanaşı, Heydər Əliyev parkında yaşıllıqlar və işıqlandırma yeni dizaynda hazırlanıb, ətraf ərazilərdə ağaclar əkilib. Heydər Əliyev Muzeyi təmir edilib, mini futbol və voleybol meydançalarının süni döşəmə örtüyü dəyişdirilib, tribunada oturacaqlar yenisi ilə əvəz edilib, dam örtüyü yenilənib. Yataqxana korpuslarının fasadları da təmir edilib.