02 dekabr 2016 20:32
835

Azərbaycan Mülki Aviasiya Muzeyi DMAK-ın Fəxri Diplomu ilə təltif olunub

Azərbaycan Mülki Aviasiya Muzeyi Dövlətlərarası Mülki Aviasiya Komitəsinin (DMAK) 25 illik yubileyi münasibətilə Fəxri Diplomla təltif olunub.

Azərbaycan Mülki Aviasiya Muzeyindən AZƏRTAC-a bildirilib ki, 7 dekabr Beynəlxalq Mülki Aviasiya günüdür. Bu tarix eyni zamanda Azərbaycan aviasiyasının tarixinin tədqiqi, bugünkü inkişafının təbliği kimi şərəfli missiyanı həyata keçirən Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mülki Aviasiya Muzeyinin əməkdaşları üçün xüsusilə əlamətdardır. “Azərbaycan Hava Yolları” QSC-nin üzv olduğu Dövlətlərarası Mülki Aviasiya Komitəsi kimi nüfuzlu qurumun 25 illik yubileyinin bu bayram ərəfəsinə təsadüf etməsi və qeyd olunan qurum tərəfindən Azərbaycan Mülki Aviasiya Muzeyinin aviasiya tarixi sahəsində məhsuldar əməyinə və göstərilən xidmətlərinə görə Fəxri Diplomla təltif olunması xüsusi əhəmiyyət daşıyır.