19 oktyabr 2019 12:38
929

“Neymarın “Barselona”ya qayıtmasını istəməyən insanlar var”

“Barselona”nın kapitanı Lionel Messi PSJ-nin hücumçusu Neymarın Katoloniya klubuna mümkün qayıdışına münasibət bildirib.

Qol.az-ın məlumatına görə, “Metro FM 95.1” radiosuna müsahibəsində argentinalı bildirib ki, braziliyalı futbolçunun çətindir:

“Əvvəlcə onun “Barselona”dan getməsini təsəvvür etmək çətin idi. İkincisi, onun necə getdiyini xatırlamaq lazımdır. İndi klubda onun geri qayıtmasını istəməyən insanlar var.

Ancaq idman baxımından Neymar dünyanın ən yaxşılarından biridir. Eyni zamanda, digər amillərində əhəmiyyətini başa düşürəm”.