07 avqust 2019 11:43
992

Nobel mükafatı almış ilk qaradərili qadın yazıçı vəfat edib

Ədəbiyyat üzrə Nobel mükafatçısı və Pulitzer mükafatının sahibi Toni Morrison dünyasını dəyişib.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Morrison dünən 89 yaşında vəfat edib.

Xatırladaq ki, yazıçı Pulitzer mükafatını 1988-ci ildə “Beloved” romanına görə alıb. Daha sonra Nobel mükafatına layiq görülən Morrison tarixdə bu mükafatı almış ilk qaradərili qadın yazıçıdır.