29 may 2020 19:52
988

Ölkəmizdə 10 milyondan çox maska ehtiyatı var

Azərbaycanda dezinfeksiyaedici vasitələrin, tibbi maskaların istehsalı kifayət qədər qənaətbəxş səviyyədədir. İdxal prosesi də davam edir.

Bunu mayın 29-da Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

O qeyd edib ki, ölkəmizdə 10 milyondan çox maska ehtiyatı var və bununla bağlı heç bir problem yoxdur.