Ələt-Astara yolunda ağır yol qəzası baş verib.
Hadisə yolun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hadisə zamanı "VAZ 2106", "VAZ 2107" və mikroavtobus toqquşub.
Qəza nəticəsində 3 nəfər yaralanıb.
TƏBİB-dən bildirilib ki, xəsarət alan 3 nəfər (2 qadın, 1 kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub, vəziyyətləri stabil qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
"Report"
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Samux rayonunda vətəndaşlarla görüşüb
Sənaye Sİ-ə güvənməyə hazırdır: Hər 5-ci müəssisə bu texnologiyadan kibertəhlükəsizlikdə daha geniş tətbiqi planlaşdırır
ADA Universitetində şanlı zəfər tariximiz “Zəfər Rəqsi” filminin nümayişi ilə anılıb - FOTO