Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, iyulun 12-si səhərədək ölkə ərazisində bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv olub.
Xidmətdən bildiriblər ki, düşən yağışın miqdarı Kişçayda (Şəki ) 51, Şəmkirdə 30, Sarıbaşda (Qax) 24, Mingəçevirdə 18, Zərdabda 12, Gəncədə 11, Daşkəsəndə 8, Tovuzda 7, Şəkidə 6, Şamaxıda 5, Ceyrançöl, Göy-göl, Zaqatala, Yevlax, Qazımməmməd, Lerikdə 4, Tərtər, Bərdə, Naftalan, Mərəzə, Qubada 3, Qrız, Ağstafa, Ordubad, Göyçay, Sabirabadda 2, Kürdəmir, Xınalıq, Şahdağ, Gədəbəy, Qəbələ, Qusar, Xaltan, Bakıda 1 millimetr olub.
İyulun 11-i saat 18:20-19:47 radələrində Daşkəsən rayonu ərazisində yerləşən Dəstəfurçayın Qaraqollar və Əyriçayın Başdaşağıl məntəqələrindən leysan yağış nəticəsində sel keçib.
Havanın temperaturu iqlim normasını 1° ötüb. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29-32°, Aran rayonlarında 31-36° isti, dağlıq rayonlarda 16-19°, Naxçıvan Muxtar Respublikasında 30-34° isti olub.
Binəqədidə ağacların kəsilməsi nəticəsində təbiətə 39 min manatdan çox ziyan dəyib
AKİA sədri Yalçın Camalov Şəmkirdə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
Qaradağda palçıq vulkanlarının mühafizəsi və təbliğinə həsr olunmuş tədbir keçirilib