27 yanvar 2021 18:45
1489

Paşinyan seçkiləri saxtalaşdıracaq...

“İki sahil” “Newsarmenia” saytına istinadən bildirir ki, Daşnaksütyun ali qurumunun nümayəndəsi İşxan Saqatelyan, Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın növbədənkənar  parlament seçkilərini saxtalaşdırılması ilə  yeni hakimiyyət dövründə xəyanətdə günahlandırılmamaq üçün hər şeyə əl atacağını söyləyib.

İ.Şaqatelyan mətbuata müsahibəsində “Ermənistanda yeni bir hakimiyyət qurulduğu  zaman dövlətə xəyanət ittihamı ilə ədalətli məhkəmə təşkil ediləcək. Buna görə də Paşinyan bu seçkiləri saxtalaşdırmaq üçün hər şey edəcək. Nikol Paşinyanın rəhbərlik etdiyi bu seçkilər Ermənistan tarixindəki ən biabırçı seçkilər olacaq. Paşinyan hakimiyyətdə qalarsa,  deməli, ölkə daha 4-5 ay anarxiyada qalmaqla, nifrət, parçalanma, qeyri-sabitlik davam edəcək. Belə olan halda  Paşinyan başçılıq etdiyi ölkədə  seçkilər keçirilə bilməz",- deyə bildirib.

Könül Əliyeva, “İki sahil”