21 yanvar 2021 17:05
618

PKK terror təşkilatının "lideri" və 5 mühafizəçisi məhv edildi

PKK terror təşkilatının Hakurk "lideri" "Serhat Tendürek" kod adlı Dəniz Dəmir Türkiyə kəşfiyyatı və Silahlı Qüvvələrinin birgə əməliyyatı nəticəsində İraqın şimalında məhv edilib. 

"İki sahil" türk mediasına istinadən  bildirir ki,  özünü gizlətmək üçün mülki geyim geyinən terrorçunun avtomobilinin "Bayraktar TB2" PUA-ları ilə vurulduğu ortaya çıxıb. Həyata keçirilən əməliyyat nəticəsində terrorçubaşı Dəniz Dəmirlə birgə 5 mühafizəçisi də məhv edilib.

Dəniz Dəmirin, hazırda həbsdə olan HDP lideri Səlahəddin Demirtaşın böyük qardaşı Nürəddin Demirtaşla birgə çəkilmiş fotolarını yayıb. Hansı ki, Nürəddin Demirtaş da uzun illərdir terror təşkilatı PKK-nın sıralarındadır.