25 iyun 2019 19:05
337

Polşa səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb

Xarici işlər naziri Elmar Məmmədyarov Polşanın səfiri Marek Tsalkanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Nazirlikdən verilən məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafından məmnunluqla danışıblar. Azərbaycan və Polşa arasında həyata keçirilən yüksək səviyyəli səfərlər mübadiləsinin ölkələr arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə müsbət təkan verdiyi vurğulanıb.

Səfir Marek Tsalka Polşa Respublikasının beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini vurğulayaraq, ölkəsinin Azərbaycan Respublikasının beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir daha ifadə edib.

Görüş zamanı tərəflər, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazir Elmar Məmədyarov səfir Marek Tsalkenin ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib. O, Polşa səfirinə gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.