17 yanvar 2019 17:40
501

Qazaxıstanda vertolyot qəzaya uğrayıb

Qazaxıstanın Almatı şəhərindəki “Alatau” sanatoriyasının ərazisində şəxsi vertolyot qəzaya uğrayıb.

AZƏRTAC xəbər verir ki, “Evrokopter-130” markalı vertolyot “Sky Service” aviaşirkətinə məxsusdur. “Boralday-Böyük Almatı gölü” marşrutu ilə uçan vertolyotda pilot Valentin Şitov qəzadan sonra sağ qalsa da, təcili tibbi yardımda xəstəxanaya aparılarkən yolda vəfat edib.

Qazaxıstan Respublikası Sənaye və İnfrastruktur İnkişafı Nazirliyinin qəza və hadisələrin araşdırılması departamentində istintaq başladılıb.