12 dekabr 2019 20:01
752

Qırğızıstanda hava çirklənməsinə görə etiraz aksiyası

Qırğızıstanın paytaxtı Bişkekdə hava çirklənməsinə qarşı etiraz aksiyası keçirilir.

Trend-in məlumatına görə, şəhərin mərkəzi meydanına toplaşmış onlarla sakin şəhərdə aparılan nizamsız tikinti işlərinin qadağan olunmasını və yaşıllıq zonalarının artırılmasını tələb edib.

Bəzi etirazçılar “Smoq, çıx get” yazılı şüarlar nümayiş etdirir.

Etirazçıların sözlərinə görə, bu aksiyanın məqsədi hökumətin diqqətini havanın çirklənməsi probleminə cəlb etməkdir.