25 yanvar 2021 20:06
727

Rəcəb Tayyib Ərdoğan vətəndaşlara yeni mənzillərin açarlarını təqdim edib

Ötən il yanvarın 24-də Türkiyənin Elazığ vilayətində baş verən dağıdıcı zəlzələnin ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.

"İki sahil" xəbər verir ki, mərasimdə iştirak edən Prezident Rəcəb Tayyib Ərdoğan ictimaiyyət qarşısında çıxış edib.

Türkiyədə baş verən zəlzələlərdə evsiz qalan vətəndaşların yeni mənzillərlə təmin olunması istiqamətində görülən işlər barədə məlumat verən dövlət başçısı bildirib ki, yeni mənzillər müasir standartlara uyğun şəkildə davamlı və geniş sahədə inşa olunur. Yaşayış binalarının tikintisi ölkənin bütün vilayətlərində geniş masştabda aparılır. Sonra Prezident Rəcəb Tayyib Ərdoğan bəzi vətəndaşlara yeni mənzillərin açarlarını təqdim edib.

Xatırladaq ki, Elazığda baş vermiş Rixter cədvəli üzrə 6.8 bal gücündə zəlzələ nəticəsində 41 nəfər ölüb, xeyli sayda insan isə yaralanıb. Dövlətə və əhaliyə külli miqdarda zərər dəyib. Hazırda bölgədə geniş quruculuq və tikinti işləri aparılır. Tikintisi davam etdirilən 20 min 11 mənzildən 8 mini tamamlanıb.