21 may 2020 11:21
1089

Ronaldo səkkiz milyon avroya torpaq alıb

İtaliyanın “Yuventus” klubunun ulduz futbolçusu Kriştianu Ronaldo Portuqaliyanın paytaxtı Lissabonda torpaq sahəsi alıb.

"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı portuqaliyalı on min kvadratmetr torpaq sahəsi üçün səkkiz milyon avro xərcləyib.

Məlumatda qeyd olunur ki, artıq ərazidə yeni malikanənin inşasına başlanıb. Lakin futbolçu Lissabondakı iqamətgahını yaşamaq üçün deyil, sərmayə yatırmaq məqsədi ilə tikdirir.