10 oktyabr 2019 20:39
119

Rumıniya parlamenti hökumətə etimadsızlıq votumu təyin edib

Rumıniya parlamenti Baş Nazir Viorika Dançilanın rəhbəri olduğu hökumətə etimadsızlıq votumu təyin edib.

Səsvermədə 465 deputatdan 298-i iştirak edib. Votumun keçməsi üçün 238 deputat səs verib.

Etimadsızlıq votumunun təyin olunması ilə bağlı müxalifət partiyaları çıxış ediblər. Hökumət Vergi Məcəlləsində infrastruktura, yollara və xarici investisiyalara mənfi təsir göstərən dəyişikliklərə görə tənqid olunur.