Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
01 oktyabr 2020 16:15
338

Saakaşviliyə İrəvanda verilən fəxri ad geri alındı

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili İrəvan Dövlət Universitetinin fəxri doktoru adından məhrum edilib.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Arayik Arutyunyan bildirib.

Saakaşvili daha əvvəl "Facebook"da mövqeyinin ərazi bütövlüyü prinsipinə əsaslandığını yazaraq, Dağlıq Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu bəyan edib.

“İrəvan Dövlət Universitetinin Elmi Şurası yekdilliklə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin fəxri doktor adından məhrum edilməsinə səs verdi", - deyə Arutyunyan bildirib.