Saçlarımızı qurutmaq və forma vermək üçün fendən istifadə edirik. Lakin düzgün istifadə etmədikdə, saç qurudan fen bizim düşmənimiz ola bilər.
Saçı çox yaşkən qurutmaq
Saçlarınızı fenlə qurutmazdan öncə dəsmal ilə yaxşıca suyunu alın. Əks halda, yaş saçlarınıza tətbiq olunan yüksək temperatur saç tellərinizə zərər verə bilər.
Həddindən artıq saça qulluq vasitəsi istifadə etmək
Saçınızı qurudan zaman üst-üstə istifadə etdiyiniz bir sıra məhsullar saçınızın strukturunu poza bilər. Məsələn, saçınıza çox yağ vursanız və yaxud saç lakı istifadə etsəniz saçınız həcmini tez itirəcək və yağlanacaq.
Çox isti hava ilə qurutmaq
Saç qurutma qurğusunu yüksək temperaturda istifadə etmək saç qurutma prosesinizin müddətini qısaltmaz. Saçınızın quruması üçün isti hava axını kifayətdir. Həddən artıq istilik saçları və baş dərisini zərərli şəkildə quruda bilər. Bu da dərinin soyulmasına səbəb olur. Belə olduqda siz, həmçinin elektrifikasiya (saçların elektriklənməsi) problemini yaşaya bilərsiniz.
Röya Rasimqızı, “İki sahil”