31 may 2019 10:43
2653

Səhv seçilmiş aksesuarlar...

Yayda havaların isinməsi ilə allergiya, günəş şüalarının mənfi təsiri yaranır. Buraya səhv seçilmiş aksesuarlar əlavə edildiyi zaman allergik reaksiyalar artır. Bu isə allergik dermatitə çevrilir.

Aksesuarların tərkibində olan maddələr dəriyə təmas edərək ortaya çıxan bir xəstəlikdir. Diqqət edilmədiyi zaman həftələr, aylar, illər, hətta ömür boyu davam edə bilər.

Nikkel tərkibli sırğalar, nikkelə allergiyası olan qadınların qulağında yaralar əmələ gətirir. Qulaq deşmək üçün istifadə edilən iynələr, boyunbağı və başqa aksesuarlardan keçə bilər. Bədənimizin ən həssas bölgəsi olan gözlərə makiyaj edilən zaman havada olan allergik təsirlər və göz kölgələri allergiyaya səbəb olur.

Geyimlərdə istifadə edilən boyalar ən çox tərləyən bölgələrdə özünü göstərir.

Xüsusən də yaz aylarında tez-tez istifadə edilən qoltuqaltı antirespirantlar, ayaq və əllər üçün lastic ayaqqabı və əlcəkdən istifadə xəstəliyin yaranmasına səbəb olur. Xəstəliyə səbəb olan allergiya ilə təmas kəsilərsə, həkimin verdiyi dərmanlarla sağalmaq mümkündür. Təmas davam edərsə, xəstəlik xroniki hal ala bilər.

Bunlara diqqət edin!

* Allergiya yaradan təsiri tapın və ondan uzaq durun.

* Allergiyanın nədən yarandığını bilmək üçün həkimə müraciət edin.

* Aksesuar alarkən paslanmayan və qızılı rəngli alın.

* Mümkün olduğu qədər kosmetik məhsullardan az istifadə edin.

* Ucuz aksesuar və saç boyalarından uzaq durun. Tərkibində parafenilendiamin olan boyalar almayın.

* Evdə iş görərkən astarı pambıqdan olan əlcəklər geyinin.

Röya Rasimqızı, “İki sahil”