09 oktyabr 2019 16:31
187

"Sinəni aç" şüarına görə biabır olan aparıcı danışdı: "Mənimlə zarafat ediblər"

"Napoli"nin matçı zamanı stadionda təzyiqlərə məruz qalan aparıcı açıqlama vermək məcburiyyətində qalıb.

Milli.Az xarici mətbuata istinadla bildirir ki, Diletta Leotta adlı aparıcı A seriyasında keçirilən "Napoli" "Breşiya" matçı zamanı azarkeşlərin "sinəni aç" şüarlarına gülərək reaksiya verib.

Lakin azarkeşlərə güldüyünə görə qınanan aparıcı The Sun-a açıqlama verərək, bunun, əslində, istehzalı gülüş olduğunu açıqlayıb.

"Səhv başa düşülüb. Mən bilirəm ki, azarkeşlər mənimlə zarafat ediblər. Mən də onlara istehza lə gülürdüm", - Diletta söyləyib.

Qeyd edək ki, əvvəllər İtaliya kanallarının birində hava haqqında proqnozu təqdim edən Diletta Leotta 2009-cu ildə təşkil olunan "Miss Elegant" müsabiqəsinin qalibidir.