28 yanvar 2021 14:16
1062

SOCAR: CQD-nin növbəti mərhələsində Qərbi Balkanlarda əlavə bazarlara çatmağa ümid edirik

“Cənub Qaz Dəhlizinin növbəti mərhələsində biz Qərbi Balkanlarda əlavə bazarlara çatmağa ümid edirik”.

"İki sahil" xəbər verir ki, bu fikri SOCAR-ın İnvestisiya və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov Böyük Xəzər Regionunda Cənub Qaz Dəhlizinin tamamlanması və enerji bazarının gələcəyinə dair müzakirədə deyib.

O bildirib ki, Albaniyanın və Qərbi Balkanların digər ölkələrindəki vətəndaşlara qaz çatdırılmasının açılışı olacaq.

“İsrail qazı da daxil olmaqla, Şərqi Aralıq dənizindən əlavə qaz həcmlərinə ümid edir və səbirsizliklə gözləyirik”, - deyə o vurğulayıb.