Bu gün SOCAR-ın bütün fəaliyyət istiqamətlərində proseslərin genişmiqyaslı rəqəmsallaşması və bu proseslərin bir-biri ilə inteqrasiya olunması tədbirləri uğurla həyata keçirilir. Artıq SOCAR-da qazmanın planlaşdırılması mərhələsində süni intellektdən – Aliyədən istifadə olunur.
"İki sahil" xəbər verir ki, bunu Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Konfransında çıxış edən SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov deyib.
Vitse-prezident bildirib ki, SOCAR fəaliyyət göstərdiyi hər üç istiqamətdə - upstream (“apstrim”), downstream (“daunstrim”), midstream (“midstrim”), eləcə də layihələrin və risklərin idarəolunması, əməyin təhlükəsizliyi, maliyyə, təchizat, logistika kimi korporativ idarəetmə sistemlərində proseslərin rəqəmsallaşdırılmasına başlayıb, bu işlərin həyata keçirilməsi üçün “IBM” şirkəti ilə birgə məxsusi olaraq“Caspian Innovation Center” şirkətini də təsis edib.
Qeyri-neft ixracında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi liderliyini qoruyur
Bakı Ali Neft Məktəbi 2025-ci ildə mühüm nailiyyətlər əldə etdi - Elmar Qasımov