10 may 2019 19:03
1626

SOCAR rəhbərliyi Fəxri xiyabanda - FOTO

SOCAR rəhbərliyi və şirkətin coxminli kollektivinin təmsilçiləri Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir

Mayın 10-da SOCAR-ın rəhbərliyi və şirkətin çoxminli kollektivinin təmsilçiləri xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Ulu öndərin Fəxri xiyabandakı məzarını ziyarət etmişlər.Şirkət nümayəndələri suveren Azərbaycan dövlətinin qurucusu və memarı, müstəqilliyimizin əbədiliyinin qarantına çevrilmiş, iqtisadiyyatımızın inkişafında, milli dövlətçiliyimizin möhkəmlənməsində müstəsna rol oynamış enerji strategiyasının banisi Ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə Azərbaycan neftçilərinin bəslədiyi dərin hörmət və ehtiramın ifadəsi olaraq ümumilli liderin məzarı üzərinə tər çiçəklər düzmüş, onun ruhu qarşısında baş əymişlər.