08 yanvar 2019 13:06
2041

SOCAR “Ukrzaliznıtsi” üçün dizel yanacağının qiymətini azaldıb

“SOCAR Ukraina” Ticarət Evi dekabr ayında keçirilmiş Prozorro hərracının yekunlarına əsasən “Ukrzaliznıtsi” Səhmdar Cəmiyyətində istehsalın təmin edilməsi mərkəzinə çatdırmağı öhdəyə götürdüyü dizel yanacağının qiymətini azaldıb.

“SOCAR Ukraina”dan verilən məlumata görə, bu barədə kontrakta əsasən neft məhsullarının satıcısı 10.000 ton neft məhsulunun hər tonunu 31.968 qrivna səviyyəsində göndərməyi öhdəyə götürüb. Əlavə dəyər vergisi baxımından bu rəqəm tenderin elan edildiyi anda bazar dəyərinə tamamilə müvafiq olub.

Qeyd edək ki, tender proseduru Ukrayna qanunvericiliyinə ciddi riayət olunmaqla həyata keçirilib. Malgöndərmələrin qiymətinə yenidən baxılması barədə danışıqlar isə yalnız şikayət proseduru başa çatandan sonra aparılıb və bu prosedur satışın dayandırılması ilə nəticələnib.

Azərbaycan şirkətinin 2016-cı ildə yürütdüyü ardıcıl siyasət dövlət satınalmalar sistemində bir sıra mühüm dəyişikliklərə səbəb olub və nəticə etibarilə Ukraynanın yanacaq bazarında rəqabətin keyfiyyəti yaxşılaşıb.