22 iyul 2019 17:06
1025

Söküntü işləri zamanı qaz xətti zədələnib

Yasamal rayonunda “Sovetski” kimi tanınan ərazidə, S.Tağızadə küçəsində təmir işləri aparan təşkilatlardan biri yerüstü aşağı təzyiqli qaz xətlərini yararsız hala salıb. “Azəriqaz” İstehsalat Birliyi yaranmış vəziyyətdən əziyyət çəkən 40 abonentin qaz təchizatını bu gün saat 13:40-da bərpa etməyə nail olub. Bütün qurumlardan təmir-tikinti işləri apararkən həmin ərazilərdəki qaz xətlərini nəzərə almaları xahiş olunur.

Bu barədə “Azəriqaz” məlumat yayıb.