12 sentyabr 2019 17:05
114

Spiker: “Gürcüstan NATO-ya üzv olmağa hazırdır”

“Gürcüstan NATO-ya üzvlük üçün strateji baxımdan hazırdır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Arçil Talakvadze NATO Parlament Assambleyasının prezidenti Madlen Munla keçirdiyi görüşdən sonra bildirib.

O deyib ki, M.Munun Gürcüstana səfəri NATO-nun dəstəyini nümayiş etdirir: “Biz bu əməkdaşlığın dərinləşdirilməsini alqışlayırıq. Gürcüstan parlamenti və NATO Parlament Assambleyası arasındakı əməkdaşlıq gələcəkdə də çox güclü olacaq. Fəxr edirik ki, gürcü hərbçilər NATO əsgərləri ilə birgə dünyanın ən çətin yerlərində azadlıq və dəyərləri müdafiə edir”.

Spikerin sözlərinə görə, Gürcüstan demokratiyasını gücləndirir: “Seçki sisteminin dəyişdirilməsi, məhkəmə sisteminin yenidən qurulması, demokratik institutların gücləndirilməsi sübut edir ki, biz demokratiyanı möhkəmləndiririk”.

A.Talakvadze Gürcüstanın NATO-nun regionda ən etibarlı tərəfdaşlarından biri olaraq qalacağını qeyd edib.