07 noyabr 2019 12:46
140

“Toyota” konserni rekord qazanc əldə edib

Yaponiyanın “Toyota” avtomobil konserni 2019-cu ilin birinci yarısında (aprel-sentyabr) rekord həcmdə xalis gəlir əldə edib.

AZƏRTAC xəbər verir ki, kompaniyanın dərc etdiyi məlumata əsasən, konsernin qazancı 2018-ci ilin analoji dövrü ilə müqayisədə 2,6 faiz artaraq 1,27 trilyon yenə (təxminən 11 milyard dollar) çatıb. Bu nəticə həm ölkə daxilində, həm də xaricdə satışların artması ilə əlaqədardır.

“Toyota”, eyni zamanda 2020-ci il martın 31-də başa çatacaq 2019-cu maliyyə ili ərzində gəlirlər üzrə proqnozunu qüvvədə saxlayır. Kompaniyanın proqnozuna görə, konsernin təmiz gəliri 2,15 trilyon yen (18,6 milyard dollar) təşkil etməlidir ki, bu da 2018-ci maliyyə ili ilə müqayisədə 14,2 faiz çoxdur.