16 fevral 2020 20:06
1001

“Trabzonspor” liderliyə yüksəlib

“Trabzonspor” doğma meydanda “Sivasspor”u məğlub edərək liderliyə yüksəlib

Fevralın 16-da Türkiyə Superliqasının XXII turu çərçivəsində “Sivasspor” səfərdə “Trabzonspor”un qonağı olub.

“Medikal Park Arena”da keçirilən qarşılaşmada hesabı 4-cü dəqiqədə meydan sahiblərinin hücumçusu Aleksander Sorlot açıb. Görüşün 43-cü dəqiqəsində “Sivasspor”un müdafiəçisi Caner Osmanpaşa topu səhvən öz qapısına göndərib. Görüşün son dəqiqələrində qonaqların futbolçusu Mustafa Yatabare vurulan qollardan birinin əvəzini çıxsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.

Beləliklə, “Trabzonspor” doğma meydanda “Sivasspor”u məğlub edərək liderliyə yüksəlib.

Günün digər matçında “Gənclərbirliyi” səfərdə “Alanyaspor”a minimal hesabla qalib gəlib - 1:0. Gün ərzində keçiriləcək növbəti oyunda "Qalatasaray" doğma meydanda “Yeni Malatyaspor”u qəbul edəcək. Matça Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Turun digər görüşləri fevralın 17-də keçiriləcək.

Türkiyə çempionatında hazırda turnir cədvəlinə 44 xalla “Trabzonspor” klubu liderlik edir. “Başakşəhər” 43 xalla ikinci pillədədir. İlk üçlüyü 42 xalla iki oyun az keçirmiş “Sivasspor” qapayır.