30 iyul 2020 12:53
3907

Tuba sevgilisi ilə yenidən barışdı - FOTO

Türkiyəli aktrisa Tuba Büyüküstün ayrıldığı biznesmen sevgilisi Umut Evirgenlə yenidən barışması ilə bağlı iddialarına cavab verib.

"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda "İnstagram" hesabında paylaşım edən sənətçi 3 il davam edən münasibəti ilə bağlı bunları qeyd edib: "Maqazin xəbərlərinə əsası olmayan daha biri əlavə edilib. Birinin özəl həyatı haqda danışmağı sevmədiyini başa düşmədiklərini anlaya bilmirəm. "Ayrıldılar, aldatdı, yenidən dayana bilməyib barışdılar" və daha nələr... Xəbər yoxdur, nə gəldi yazaq, oxunsun, fikrinə qapılıblar. Biz məhrəm həyatımıza hörmət edilməsinə layiq deyilik? İnsanlara hörmət edərək, açıqlamamı verim: Umut ilə bir neçə ay əvvəl ayrıldıq. Həyatımdakı varlığı və dəyəri böyükdür. Həyatımıza hörmət edilməlidir. Hörmət etməyi bacarmaq zənginlikdir."

Qeyd edək ki, Büyüküstün 2017-ci ildə 6 illik aktyor həyat yoldaşı Onur Saylakdan boşanmışdı.