10 iyun 2019 14:27
183

Türkiyə İslandiyaya etiraz notası göndərib

Buna futbol üzrə Türkiyə milli komandası üzvlərinin Reykyavikdə hava limanında kobud rəftar üzləşməsi səbəb olub.

Bundan başqa, ölkənin xarici işlər naziri Mevlud Çavuşoğlunun islandiyalı həmkarına da zəng edəcəyi bildirilir.

Qeyd edək ki, AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində İslandiya ilə qarşılaşacaq Türkiyə milli komandası Keflavik Hava Limanında problemlə üzləşib. “Ay-ulduzlular” pasport nəzarətindən keçərkən 2 saat saxlanılıb, futbolçuların çantaları səbəbsiz yerə dəfələrlə yoxlanılıb. Türkiyə millisinin kapitanı Əmrə Bələzoğlu açıqlama verərkən islandiyalı azarkeşlərdən biri yarımmüdafiəçiyə tualet fırçası uzadıb. 

“Ay-ulduzlular”dan öncə Albaniya millisi də İslandiyada eyni problemlə üzləşib. Onlar aeroportda 1 saat saxlanılıb. 

İslandiya – Türkiyə matçı iyunun 11-də keçiriləcək.