24 yanvar 2021 20:02
657

Ukraynalılar sərt karantin rejimindən çıxır

Ukraynada sərt karantin rejimi yanvarın 25-i 00:00-dan ləğv edilir.

“İki sahil”in məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən Ukraynada martın 31-dək yumşaldılmış karantin müddəti hökm sürəcək. Bu müddətdə ticarət-əyləncə mərkəzləri, idman zalları, fitnes-mərkəzləri, hovuz, kino və teatrların fəaliyyəti, kütləvi tədbirlərin keçirilməsi mümkün olacaq. Kafe və restoranlar saat 07:00-dan 23:00-dək fəaliyyət göstərəcək.

Qeyd edək ki, sərt karantin rejimi bütün ölkə üzrə tətbiq edilmişdi.

Xatırladaq ki, sərt karantin rejimi koronavirusun kütləvi yayılmasına görə yanvarın 8-dən tətbiq olunmuşdu.